Bank Of Baku

Asim Mollazadə: “Təhqirə görə cəza ləğv edilməlidir”

Asim Mollazadə: “Təhqirə görə cəza ləğv edilməlidir”
# 24 may 2007 12:20 (UTC +04:00)
“Narahatlıq doğuran və tənqidi fikirlərə görə jurnalistlər zindana salınmamalıdır. Azərbaycanın diffamasiya ilə bağlı qanunvericiliyində ciddi islahatlar aparılmalı, təhqirə görə cəza ləğv edilməlidir”. APA-nın xəbərinə görə, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib. Partiyasının söz azadlığını daim müdafiə etdiyini bildirən A. Mollazadə eyni zamanda mətbuat nümayəndələrinin daha məsuliyyətli olması və peşəkarlıqlarının artırılması istiqamətində ciddi işlər görülməsini vacib sayır.
A. Mollazadə Milli Məclisin sədri Oqtay Əsədovun da daxil olduğu nümayəndə heyətinin tərkibində Polşaya gerçəkləşdirdiyi səfər barədə də jurnalistlərə məlumat verib və Azərbaycan-Rusiya münasibətləri ilə bağlı fikirlərini açıqlayıb. Partiyasının prezident seçkilərində kimin namizədliyini dəstəkləyəcəyi haqda suala cavabında A. Mollazadə bildirib ki, bu yöndə qərarlar seçki ərəfəsində qəbul ediləcək. O, növbəti parlament seçkilərində bütün dairələrdən namizəd irəli sürmək niyyətində olduqlarını da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR