Bank Of Baku

İranda iki azərbaycanlı fəal saxlanılıb

İranda iki azərbaycanlı fəal saxlanılıb
# 24 may 2007 15:43 (UTC +04:00)
İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən biri Hüccətülislam Əziminin qardaşı Muxtar Əzimi və Urmiya Universitetində fəaliyyət göstərən “Ustad Şəhriyar” dərnəyinin rəhbəri Əkbər Paşayi mayın 24-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosundan APA-ya verilən məlumata görə, M. Əzimi dəfələrlə Təbrizdə ETTELAAT əməkdaşları tərəfindən hədələnib. Mayın 24-dən isə o, yoxa çıxıb. Şahidlər onun mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparıldığını deyiblər. “Ustad Şəhriyar” dərnəyinin rəhbəri Əkbər Paşayi isə mayın 24-də Urmiya Universitetinin mühafizə xidmətinin əməkdaşları tərəfindən tutularaq hüquq-mühafizə orqanlarına təhvil verilib. Ə. Paşayi indiyədək dəfələrlə millətçi fəaliyyətdə ittiham olunaraq tutulub və təzyiqlərə məruz qalıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR