Bank Of Baku

YAP-ın Zaqatala təşkilatına yeni sədr seçilib

YAP-ın Zaqatala təşkilatına yeni sədr seçilib
# 24 may 2007 16:02 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının 6-cı konfransı keçirilib. YAP-ın Zaqatala rayon təşkilatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, konfransda rayon İcra Hakimiyyətinin, müvafiq idarə və təşkilatların nümayəndələri də iştirak edib. Təşkilat sədri Hacıməmməd Ramazanovun illik hesabat məruzəsi dinlənildikdən sonra təşkilati məsələlərə baxılıb. Səsvermə nəticəsində Habil Qurbanov YAP-ın Zaqatala rayon təşkilatının sədri seçilib. Konfrans iştirakçıları səsvermə ilə 47 nəfərdən ibarət Şuranı, 11 nəfərdən ibarət İdarə Heyətini, 7 nəfərdən ibarət Təftiş Komissiyasını da formalaşdırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR