Bank Of Baku

“Sivilizasiyalararası qloballaşma və dialoq” mövzusunda Tiflisdə keçirilən beynəlxalq konfransda Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış ediblər

“Sivilizasiyalararası qloballaşma və dialoq” mövzusunda Tiflisdə keçirilən beynəlxalq konfransda Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış ediblər
# 24 may 2007 16:54 (UTC +04:00)
APA-nın tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Q. Paşayeva qloballaşan dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoqun genişlənməsinin vacibliyi ilə bağlı müzakirələr aparılmasını önəmli olduğunu bildirib. O, çıxışında Avropa Şurası və digər beynəlxalq təşkilatlarda bu mövzuda aparılan müzakirələrə toxunub: “Avropa Şurasının bununla bağlı hazırladığı sənəddə deyilirdi ki, Avropada getdikcə artan islamofobiya, antisemitizm, rasizm və ksenofobiya meylləri müxtəlif mədəniyyət və sivilizasiyaların birgə yaşadığı Avropanın gələcəyi üçün böyük təhlükə törədə bilər”. Azərbaycanda etnik və dini tolerantlıqdan danışan Q. Paşayeva ölkəmizdə 15 mindən artıq gürcünün yaşadığını bildirib: “Onların ibadət etmək üçün öz kilsələri var. Azərbaycanda yəhudilərin sayı az olsa da, onların bir neçə sinaqoqu, məktəb və mədəniyyət mərkəzləri var. Hətta Azərbaycan parlamentində İnsan hüquqları komissiyasının sədr müavini yəhudi icmasının üzvüdür. Eyni zamanda pravoslav və slavyanların sayı az olsa da, Azərbaycanda bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir. Sovet ordusunun dağıtdığı pravoslav kilsəsi müsəlman Azərbaycanda təmir olunub, onun açılışında Azərbaycan prezidenti də iştirak edib”. Çıxışında Azərbaycan-Ermənistan münaqişəsinə geniş toxunan Q. Paşayeva ölkəmizdə 30 min erməninin yaşamasını daha bir tolerantlıq nümunəsi kimi təqdim edib: “Əgər indiyədək onlara qarşı hər hansı təzyiq faktı olsaydı, ermənilər bunu bütün dünyaya car çəkərdilər”.
“Azad Azərbaycan” televiziyasının redaktoru Etibar Məmmədov da Azərbaycan-Ermənistan münaqişəsindən söz açıb. Onun sözlərinə görə, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, 1 milyon insanı yurd-yuvasından didərgin salması, minlərlə mədəni, dini və tarixi abidələri məhv etməsi bölgədə mədəniyyətlər və sivilizasiyalararası dialoqa ciddi mane olur: “Digər tərəfdən, Ermənistan Türkiyə və Gürcüstana da qarşı ərazi iddiaları ilə çıxış edir, türk və gürcü xalqlarının mədəni irsini özününküləşdirməyə çalışır. Belə bir şəraitdə biz arzu etdiyimiz dialoq situasiyasını yarada bilmərik. Çünki mədəniyyətlər və sivilizasiyalararası dialoqun əsas şərti qarşılıqlı inam və hörmətdir”. E. Məmmədov Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycanda gürcülərin problemlərinin birgə həll edilməsinin vacibliyini vurğulayıb: “Məhz bu problemlərin birgə həlli mədəniyyətlər və sivilizasiyalararası dialoqa xidmət edəcək”.
APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı isə “Sivilizasiyalararası dialoq və qloballaşmada medianın rolu” mövzusunda çıxış edib. V. Mahirqızı Danimarkadan qaynaqlanan karikatura qalmaqalını misal çəkərək bildirib ki, media mədəniyyətlər və sivilizasiyalararası dialoqda istədiyi zaman müsbət, istədiyi zaman mənfi rol oynaya bilir. O, media nümayəndələrini bu məsələdə pozitiv mövqe nümayiş etdirməyə çağırıb: “Azərbaycanın tolerantlıq nümunəsi olması barədə bir çox beynəlxalq konfranslarda səslənən fikri bütün Gürcüstanın patriarxı II İlya da dəfələrlə dilə gətirib. Doğrudan da, Azərbaycanda bütün dünyaya nümunə ola biləcək dini tolerantlıq mövcuddur. Təəssüf ki, ölkəmizin 20 faizini işğal edən Ermənistan orada tarixi, mədəni və dini abidələri məhv etməklə mədəniyyətlər və sivilizasiyalararası dialoqa mane olur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR