Bank Of Baku

Rusiya vətəndaşlarının 13 faizi Azərbaycanla Rusiyanın birləşməsini istəyir

Rusiya vətəndaşlarının 13 faizi Azərbaycanla Rusiyanın birləşməsini istəyir
# 25 may 2007 07:58 (UTC +04:00)
Ruslar daha çox Belarus (42%), Ukrayna (36%) və Qazaxıstanla (30%) birləşməyə tərəfdardır. Rusiyanın Avropa Birliyinə daxil olmasını istəyən rusların sayı 17 faiz təşkil edir. Respondentlər arasında Ermənistan (15%), Moldova (14%), Özbəkistan (14%), Qırğızıstan (13%), Tacikistan (12%), Gürcüstan (11%), hətta Türkiyə ilə də (4%) birləşmə tərəfdarları var. Sorğuya qatılanların 36 faizi Rusiyanın hər hansı ölkə ilə birləşməsini istəmir, 18 faiz isə Rusiya, Ukrayna, Belarus və Qazaxıstanın birləşdiyi federasiyada yaşamaq istədiyini deyib. Rusların 17 faizi SSRİ-nin yenidən bərpa olunmasını, 13 faizi Avropa Birliyində yaşamağı, 9 faizi isə MDB ərazisində yaşamaq istəmədiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR