Bank Of Baku

Nazim İbrahimov: “Gələcəkdə ABŞ-da Azərbaycan yürüşünün keçirilməsi məqsədəuyğundur

Nazim İbrahimov: “Gələcəkdə ABŞ-da Azərbaycan yürüşünün keçirilməsi məqsədəuyğundur
# 25 may 2007 11:23 (UTC +04:00)
“Hər il olduğu kimi, bu il də mayın 19-da ABŞ-ın Nyu-York şəhərində möhtəşəm Türk Yürüşü keçirildi. Azərbaycan nümayəndə heyəti də bu tədbirə qatılmışdı. Tədbir böyük müvəffəqiyyətlə başa çatdı”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-dan qayıdan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O bildirib ki, yürüşdə bütün türk xalqlarının nümayəndələri iştirak edib: “Türk Yürüşü ABŞ-da türk dünyasının tanıdılması yolunda önəmli bir işdir və gələcəkdə bu cür tədbirin Azərbaycan üçün də keçirilməsi məqsədəuyğundur”. Səfər çərçivəsində ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşdüyünü açıqlayan komitə sədrinin fikrincə, yəhudi lobbisi ilə əlaqələrin yaradılması və Azərbaycan lobbisinin yaranmasında onların gücündən istifadə edilməsi vacibdir: “Bu sahədə müzakirələr aparmışıq. Onlar bizə yardımçı olmağa söz verdilər”. N. İbrahimov ABŞ-ın hər yerində Azərbaycan diaspora qurumlarının yaradılması istiqamətində işlərin davam etdiyini söyləyib. Onun sözlərinə görə, ABŞ-dakı diaspora təşkilatlarımız yaxın gələcəkdə daha aktiv fəaliyyət göstərəcək. Komitə sədri Dağlıq Qarabağda azərbaycanlılara qarşı cinayətlər törətmiş erməni terrorçusu Vigen Patatyanın ABŞ-da həbs edilərək Ermənistana ekstradisiyası ilə bağlı suala cavabında bildirib ki, ABŞ-da apardığı müzakirələrdə bu məsələyə də toxunub. Bu yöndə əlavə faktlar əldə olunduğunu söyləyən komitə sədri deyib ki, bir müddət həmin faktlar açıqlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR