Bank Of Baku

General-leytenant Yaşar Dəmirbulak: “Azərbaycan hərbi əməliyyatlar barədə qərar qəbul etsə, dünyanın bu ölkə qarşısında necə əyiləcəyini hər kəs görəcək”

General-leytenant Yaşar Dəmirbulak: “Azərbaycan hərbi əməliyyatlar barədə qərar qəbul etsə, dünyanın bu ölkə qarşısında necə əyiləcəyini hər kəs görəcək”
# 25 may 2007 13:48 (UTC +04:00)
O, ABŞ-ın türk ordusunun Şimali İraqda əməliyyat keçirməsinə qarşı olduğunu xatırladıb: “Bütün bu prosesləri yönləndirən Amerika Birləşmiş Ştatlarıdır, bu ölkə türk ordusunun Şimali İraqda əməliyyat keçirməsini istəmir. Çünki, İraqın başqa bölgələrində ABŞ-ın vəziyyəti yaxşı deyil. Bundan başqa PKK terror təşkilatının yenidən dirçəldilməsində Amerikanın da rolu var. Vaşinqton kürdlərə Şimali İraqda dövlət qurmağa söz verib və hazırda bölgədə bir nömrəli müttəfiqləri kürdlərdir. Ona görə də ABŞ PKK terror təşkilatına zərbə endirilməsini istəmir”. General-leytenant Yaşar Dəmirbulaq baş nazir Ərdoğanın Şimali İraqda hərbi əməliyyatlara başlamaq tələbini ordu rəhbərliyinin irəli sürməsi fikrini gülünc adlandırıb: “Baş nazir ordu rəhbərliyinə mesaj göndərir ki, biz konkret plan versinlər, lazımi işləri görək. Belə bir hökuməti təsəvvür edə bilirsinizmi? Ordu onsuz da bu tələblərlə çıxış edib. Ərdoğan bir şey olan kimi “ordu mənə bağlı qurumdur” deyir. Sənə bağlı olan, tabe olan qurumlar niyə səndən nəyisə tələb etməlidir? Bu məsələlər Milli Təhlükəsizlik Şurasında dəfələrlə müzakirə edilməyibmi? Bu qədər qeyri-ciddi açıqlama verən şəxslərin Baş Qərargahın tələb etdiyi qərarı verməsi mümkün deyil. Ona görə də yeni şəhidlər verməyə davam edəcəyik. Hökumətin indiki mesajları seçkilərlə bağlı investisiyalardır. İşi ordunun üstünə atıb “tələb gəlsin” deyirlər. Bu işlər media vasitəsi ilə müzakirə edilməz. Əgər, Ərdoğanın niyyəti ciddidirsə, Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağıraraq məsələni orada müzakirə etməlidirlər. Başqa dövlətin ərazisinə hərbi qüvvə yeritməyə zurna-qavalla gedilməz. Hər şeyin bir qaydası, üslubu var. Baş nazir Ərdoğanın fikirləri ağılsızlıqdır. Dünyanın heç bir yerində Baş Qərargah hökumətdən belə şey tələb etməz. Bunu yazanlar ya cahildir, ya da məqsədli şəkildə belə yazırlar. Məncə, bu, Vətənə xəyanətdir. Biz Şimali İraqda heç bir şey edə bilməyəcəyik və şəhidlər verilməsi davam edəcək. C-4 bombalarının Şimali İraqa haradan gəldiyi məlumdur, ABŞ-ın İraqdakı silah anbarlarından yoxa çıxan silahların da haraya getdiyi bəllidir. Baş nazirin ordu rəhbərliyindən Şimali İraqdakı əməliyyat üçün tələb gözləməsi dünyanın hərb tarixinə analoqu olmayan hadisə kimi düşəcək”. Uzun müddət Azərbaycan ordu quruculuğunda fəal iştirak etdiyini deyən Yaşar Dəmirbulak Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmadığını deyib: “Hər kəs bunu yaxşı bilməlidir qan tökülərək alınan yerlər qan tökülmədən geri verilməz. Əgər Azərbaycan beynəlxalq təşkilatların vasitəçiliyi ilə məsələni həll etmək niyyətindədirsə, bunu bir daha götür-qoy etməlidir. O torpaqlar Azərbaycan xalqının razılığı və ya ermənilərin gücü ilə deyil, içəridəki xəyanət hesabına itirildi. Ona görə də Azərbaycan o torpaqları yalnız öz gücü ilə geri ala biləcək. Yoxsa, bu işinə ATƏT-in mərhəməti, nə BMT-nin dəlaləti, nə də hansısa əcnəbi təşkilatın şəfqəti ilə baş tutmayacağını hər kəs bilməlidir. Azərbaycanda bir milyon qaçqının hansı şəraitdə yaşadığını heç kəs unutmamalıdır. Azərbaycan öz torpaqlarını xilas etmək barədə qərar qəbul edərək hərbi əməliyyatlara başlasa, torpaqlarını xilas edə bilər. Qərar qəbul edib əməliyyatlara başladıqdan sonra dünyanın sənin qarşında necə əyiləcəyini görəcəksən”. Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələri kəşfiyyat idarəsinin keçmiş rəisi, general-leytenant Yaşar Dəmirbulaq əslən azərbaycanlıdır. İrəvan yaxınlığındakı Dəmirbulaq kəndindən olan Yaşar Dəmirbulağın babaları erməni zülmünə məruz qalaraq ötən əsrin 20-ci illərində Türkiyənin Qars vilayətinə köç edib. Türk ordusunda şərəfli xidmət yolu keçən general Dəmirbulaq Azərbaycanda ordu quruculuğunun ilk mərhələlərində aktiv iştirak edib, Əbülfəz Elçibəyin prezidentliyi dövründə onun hərbi müşaviri olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR