Bank Of Baku

Qərib Məmmədov: “İki ölkə arasında sərhəd hansısa kilsə və ya məscidə görə müəyyənləşdirilmir”

Qərib Məmmədov: “İki ölkə arasında sərhəd hansısa kilsə və ya məscidə görə müəyyənləşdirilmir”
# 25 may 2007 13:55 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib. O deyib ki, Azərbaycan ekspertləri gürcü həmkarları ilə birgə razılaşdırılmamış obyektlərə baxış keçirir, müzakirələr aparırlar: “Yaxın günlərdə isə xarici işlər nazirinin müavini, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyasının sədri Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Tiflisə gedəcək və ekspertlərin apardıqları müzakirələr əsasında danışıqlar aparacaq”.
APA-nın müxbirinin “Dövlət komissiyasının David Qareci monastır kompleksinin yerləşdiyi ərazi ətrafında müzakirələr aparılacaqmı” sualının cavabında Q. Məmmədov sərhədin hansısa kilsə və ya məscidə görə müəyyənləşdirilmədiyini qeyd edib: “Sərhədi müəyyənləşdirməyin öz qaydası var. Bu işdə növbətçi xəritələrdən və digər vasitələrdən istifadə olunur. SSRİ-yə daxil olan respublikalar eyni sərhədlər daxilində yaşayıb, 1991-ci ildə isə Azərbaycan da digər respublikalar kimi, SSRİ-nin tərkibindən ayrılıb, suveren dövlət olub və sərhədlərində dəqiqlik yaradır. Bunun üçün həmsərhəd olan Rusiya və Gürcüstanla dəqiqləşmə işləri aparır. Məqsədimiz hansı kilsə və yaxud tarixi abidənin hansı ölkəyə, hansı millətə məxsus olmasını müəyyən etmək deyil, bunun üçün müvafiq qurumlar, Mədəniyyət Nazirliyi, tarixçilər var”. Q. Məmmədov məsələni siyasiləşdirməyin əleyhinə olduğunu da vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR