Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 28 May - Respublika günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 28 May - Respublika günü münasibəti ilə tədbir keçirilib
# 25 may 2007 15:39 (UTC +04:00)
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 May - Respublika günü münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə AHİK sədrinin müavini Aqil Dadaşov açıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 89 illik münasibətilə hamını təbrik edərək, ölkəmizdə gedən ictimai-siyasi proseslərin təhlilini verib. Tarix elmləri namizədi, Əmək və Sosial Münasibətlər Akademiyasının dosenti Vəkil Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 89 illik tarixi ilə bağlı geniş məruzə edib. Məruzə ətrafında çıxışlarda milli müstəqilliyin möhkəmlənməsi yolunda aparılan islahatlar müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR