Bank Of Baku

Siyasi və ictimai təşkilatların Milli Forumu keçirilib

Siyasi və ictimai təşkilatların Milli Forumu keçirilib
# 25 may 2007 15:43 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) təşəbbüsü ilə siyasi və ictimai təşkilatların Milli Forumu keçirilib. APA-nın məlumatına görə, ACP sədri Akif Şahbazov partiya lideri Rəsul Quliyevin çıxışını və forumun memorandumunu forum iştirakçılarına təqdim edib. R. Quliyev çıxışında ölkədə “ana müxalifət”, “əsas müxalifət” kimi fikirlərin yanlış olduğunu və belə mövqeyin müxalifət daxilində parçalanma yaratdığını bildirib: “Bu gün Azərbaycanda hər hansı partiyanı və ya bloku “ana müxalifət”, “ata müxalifət”, “əsas müxalifət” adlandırmağın, o barədə fikir söyləməyin heç bir əhəmiyyəti yoxdur. Çünki ayrı-ayrılıqda Azərbaycanda dəyişikliyə nail ola biləcək qüvvə yoxdur və bu həqiqəti hamı qəbul etməlidir. Müxalifət bu forumda birləşə bilməsə, şəxsən mən Azərbaycanın daxilində separat mübarizənin nəticə verəcəyinə inanmıram”. Sonra işçi qrupun yaradılması ilə əlaqədar qarşılıqlı ittihamlar və mübahisələrlə müşayiət edilən müzakirələr aparılıb. “Turan” İnformasiya Agentliyinin sədri Mehman Əliyev, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus çıxışlarında müxalifətə yaxın mətbu orqanların qorunmasının əhəmiyyətini vurğulayıblar. L. Yunus bildirib ki, hazırkı vəziyyətdə Azərbaycan müxalifətinin beynəlxalq təşkilatların dəstəyinə ehtiyacı var. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bəzi siyasi partiyaları simasızlıqda ittiham edib. Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov isə beynəlxalq təşkilatlara inanan siyasi qurumların mövqelərini pisləyib: “Üzünü xaricə çevirib, beynəlxalq təşkilatlardan yardım istəmək xalqın müqavimətini azaldır. Azərbaycandakı vəziyyətin başında ABŞ, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar durur. Özümüzə milli lider axtarmamalı, xalqın özümüzə olan inamını qaldırmalıyıq”. İ. Həmidov memorandumda qeyd olunan bəzi fikirləri də qeyri-qənaətbəxş hesab edib: “Özünüz xalqı aldadıb cinayət edirsiniz. Bizi həmin cinayətə sürükləməyin”. Forumun ikinci hissəsində isə işçi qrupun yaradılması ilə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, forum ayda bir dəfə keçirilsin və işçi qrup yaradılması ilə əlaqədar müzakirələr növbəti forumda qapalı şəraitdə aparılsın. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR