Bank Of Baku

Oqtay Əsədov Sankt-Peterburqa gedəcək

Oqtay Əsədov Sankt-Peterburqa gedəcək
# 25 may 2007 16:32 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək. Bu barədə APA-ya Milli Məclisin üzvü Adil Əliyev məlumat verib. Deputat bildirib ki, mayın sonunda Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Müdafiə və təhlükəsizlik, Mədəniyyət, İnformasiya, Turizm və idman, Aqrar siyasət, Təbii ehtiyatlar və ekologiya, Hüquqi məsələlər üzrə daimi komissiyalarının, eləcə də MDB-nin Terrorçuluq, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə birgə komissiyasının iclasları keçiriləcək. A. Əliyev iclaslarda Azərbaycan parlamentinin bir qrup deputatının iştirak edəcəyini, mayın 30-da isə tədbirə MM-in spikeri Oqtay Əsədovun qatılacağını deyib. “Tavriya” sarayında keçiriləcək tədbirdə MDB iştirakçısı olan dövlətlər üçün model sayılan Ekologiya Məcəlləsinin müzakirəsi, yol və hava nəqliyyatında təhlükəsizlik, ekstremizm, korrupsiya və insan alverinə qarşı mübarizə sahəsində MDB iştirakçısı olan dövlətlərin qanunvericiliklərinin uzlaşdırılması, sərhəd təhlükəsizliyinin hüquqi təminatı, dövlət sərhədləri haqqında qanunların işlənməsi və cari məsələlər barədə fikir mübadiləsi aparılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR