Bank Of Baku

Eldar Namazov: “Prezident seçkilərinin beynəlxalq qurumlar tərəfindən keçirilməsi mümkün deyil”

Eldar Namazov: “Prezident seçkilərinin beynəlxalq qurumlar tərəfindən keçirilməsi mümkün deyil”
# 26 may 2007 09:16 (UTC +04:00)
“Müxalifət düşərgəsində qütbləşməni aradan qaldırmaq mümkündür. Amma bu prosesdə qarşıya çıxa bilən psixoloji baryerlər var. Müxalifətdə olan siyasətçilərin əksəriyyətinin arasında ədavət mövcuddur. Məndə bu problem yoxdur. Yəqin ki, müxtəlif formatlarda aparılan müzakirələrdə bu psixoloji baryerlər aradan qaldırıla bilər”. Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazov APA-ya açıqlamasında bildirib ki, müxalifət öncə cəmiyyətin ona olan inamını qaytarmalı, sonra isə vahid mövqedən çıxış etmək məsələsini həll etməlidir. Beş-on partiyanın bir araya gəlməsi ilə məsələni bitmiş hesab etməyin yanlış olduğunu deyən E. Namazov xalqın seçki fəallığının artırılmasının vacibliyini vurğulayıb: “Hətta bütün müxalifət düşərgəsi bir araya gəlsə belə, qalib gəldiyimizi düşünmək səhv olar. Bundan da vacib məsələlər var. Bu, Azərbaycan cəmiyyəti ilə işləmək və onun fəallığını artırmaqdır. Ona görə də on siyasətçi bir yerdə oturub söhbət edib, sonra bu “birliyi” xalqın boynuna minnət kimi qoymamalıdır. Yəni partiyaların bir yerə toplaşması seçkilərdə qalib gəlmək üçün yeganə faktor deyil. Bəlkə heç vacib məsələ də deyil”. O, prezident seçkisinin beynəlxalq qurumlar tərəfindən keçirilməsi haqda fikirlərin qeyri-real olmadığını da söyləyib: “Beynəlxalq təşkilatlar hansısa partiyanı yox, ümumi prosesin demokrat keçməsini dəstəkləyirlər. Seçkilərin beynəlxalq qurumlar tərəfindən keçirilməsi ideyasının əleyhinə olmasam da, bu, mümkün deyil. İdeya nə qədər cazibədar görünsə də, beynəlxalq qurumlar hökumətin müraciəti olmadan bu addımı ata bilməz. İndiki şəraitdə isə Azərbaycan hökumətindən belə razılıq almaq mümkün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR