Bank Of Baku

Nino Burcanadzenin NATO Parlament Assambleyasındakı çıxışı Azərbaycan deputatlarının narazılığına səbəb olub

Nino Burcanadzenin NATO Parlament Assambleyasındakı çıxışı Azərbaycan deputatlarının narazılığına səbəb olub
# 26 may 2007 10:08 (UTC +04:00)
Belə ki, xanım Burcanadze çıxışında ölkəsinin Xəzər dənizinin enerji ehtiyatlarının Avropaya nəqlində böyük rol oynadığını deyib. O, ölkəsinin Rusiyanın təzyiqləri ilə üzləşdiyini, çeşidli problemlərini həll etdiyini də deyib. Ukraynaya dünya birliyindən dəstək istəyən N. Burcanadze elə ukraynalı deputatların təpkisi ilə üzləşib. Spikerin çıxışını yarımçıq kəsən ukraynalı deputatlardan biri “Siz öz probleminizlə məşğul olun! Ukrayna özü çıxış yolu tapacaq” deyib. Kosovoya müstəqillik verilməsinin digər “dondurulmuş münaqişələr” üçün presedent ola biləcəyi ilə bağlı suala cavabında xanım spiker bunun Gürcüstan (Cənubi Osetiya, Abxaziya) və Moldova (Dnestryanı) ərazisindəki münaqişələrə tətbiq edilməsinin mümkünsüzlüyünü qeyd edib. Maraqlıdır ki, o, bu məsələdə Dağlıq Qarabağın adını çəkməyib. Azərbaycan nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyevin bununla bağlı etirazının qarşılığında isə gürcüstanlı deputatlar Nino Burcanadzenin “əsəbi və həyəcanlı” olması səbəbindən Dağlıq Qarabağın adını unutduğunu deyiblər. Q. Həsənquliyev APA-nın müxbirinə bildirib ki, az sonra Gürcüstan nümayəndə heyətinin üzvləri ona yaxınlaşaraq, Dağlıq Qarabağ probleminin fərqli olduğunu, erməni separatçılarının heç vaxt müstəqillik istəmədiyini, Ermənistanın Qarabağı özünə birləşdirmək istədiyini deyiblər: “Mən isə onlara bunun əsaslandırılmış cavab olmadığını bildirdim. Ən azı Gürcüstanda bilirlər ki, orada ermənilər “Dağlıq Qaraba𔝠adında qondarma respublika elan edərək, onun “parlamenti və “prezident”ini “seçiblər”. Belə olan halda, Qarabağa necə müstəqillik istənilmir? Mən onların nəzərinə çatdırdım ki, belə mövqe nə qonşuluq münasibətlərinə, nə də GUAM çərçivəsindəki əməkdaşlığa sığır”.
Q. Həsənquliyev GUAM-ın növbəti sammitində Azərbaycanın bu məsələni aydınlaşdırmasını da təklif edib.
Millət vəkili sessiyanın sabahkı iclasında müzakirə olunacaq “Cənubi Qafqazda və Türkiyədə din və dövlət” mövzusundakı müzakirələrdə Azərbaycanla bağlı da məqamların olduğunu bildirib: “Müzakirənin Azərbaycanla bağlı hissəsində ölkədə dinlə bağlı vahid ideologiyanın və strategiyanın olmamasından, həmçinin, radikal dini cərəyanların artmasından, onların qarşısının alınması ilə bağlı nəzarət mexanizmlərinin zəifliyindən narahatlıq ifadə olunub”. Q. Həsənquliyev Azərbaycanla bağlı müzakirələrdə fəal iştirak edəcəklərini də deyib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR