Bank Of Baku

Lənkəranda Respublika günü qeyd olunub

Lənkəranda Respublika günü qeyd olunub
# 26 may 2007 10:14 (UTC +04:00)
Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da 28 May - Respublika günü yüksək səviyyədə qeyd olunub. APA-nın cənub bürosunun məlumatına görə, mayın 26-da Lənkəran Dövlət Universitetində, Lənkəran Dövlət Humanitar Kollecində və tibb məktəbində ilk dərslər Respublika gününə həsr olunub, tariximizin şanlı səhifələri bir daha yada salınıb. Həmin gün rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri səhər tezdən şəhərin Heydər Əliyev xatirə parkına gələrək, onun abidəsi önünə əklil və gül-çiçək dəstələri düzüblər. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında davam edən bayram tədbirində yaradıcı kollektivin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, analoji tədbirlər Masallı, Astara, Cəlilabad, Lerik və Yardımlı rayonlarında da keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR