Bank Of Baku

“Qarabağ ətrafında birləşək” mövzusunda dəyirmi masa keçirilib

“Qarabağ ətrafında birləşək” mövzusunda dəyirmi masa keçirilib
# 26 may 2007 10:47 (UTC +04:00)
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) təşəbbüsü ilə “Qarabağ ətrafında birləşək” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə iştirak edən siyasətçilər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında gedən danışıqlara öz münasibətlərini bildiriblər. Ədalət Partiyasının sədri İlyas İsmayılov ATƏT-in bu istiqamətdəki fəaliyyətini pisləyib və Minsk Qrupunun sülh yaratmaq cəhdlərinin sıfıra bərabər olduğunu deyib. Onun fikrincə, Azərbaycan xalqı öz iradəsi ilə bu məsələni həll edə bilər. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu münaqişənin həll olunmamasında həm iqtidarı, həm də müxalifəti fəaliyyətsizlikdə qınayıb. M. Mirəlioğlu deyib ki, Azərbaycanın siyasi dairələri arasındakı pərakəndəliyi, bu günə qədər düşmən tərəfin oyun oynaması ilə nəticələnib. Azərbaycan İslam Partiyasının sədri Hacıağa Nuri problemin güc ilə həllinin tərəfdarı olduğunu söyləyib: “Ölkədə ədalət bərpa olunsa, xalq işğal edilən əraziləri özü azad edər”. ASDP həmsədri Araz Əlizadə Azərbaycanla Ermənistan arasında gedən danışıqların detallarının prezident İlham Əliyev tərəfindən açıqlandıqdan sonra cəmiyyətdə məsələnin mahiyyəti haqda müxtəlif fikirlər formalaşdığını bildirib. O, problemin milli birlik ideyası ilə öz həllini tapa biləcəyini vurğulayıb. Tədbirdə heç bir sənəd qəbul olunmasa da, mövzunun davam etdirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR