Bank Of Baku

Rusiyalı ekspertlər Azərbaycana Avropa Birliyinə inteqrasiyaya ümid etməməyi məsləhət görüblər

Rusiyalı ekspertlər Azərbaycana Avropa Birliyinə inteqrasiyaya ümid etməməyi məsləhət görüblər
# 29 may 2007 09:37 (UTC +04:00)
“Cənubi Qafqaz regional güclərin diqqətindədir və qlobal güclərin də diqqətini cəlb edir. Ancaq bu diqqətin əhəmiyyətini şişirtmək lazım deyil. Hazırda ABŞ və Avropa Birliyinin prioritetləri başqadır”. APA-nın xəbərinə görə, bu sözləri bu gün Bakıda mətbuat konfransı keçirən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nümayəndələri İrina Zvigelskaya, Vitali Naumkin və Sergey Luzyakin deyiblər. Politoloqlar Rusiyanın Azərbaycanı yaxın tərəfdaş kimi görmək istədiyini bildiriblər. Onlar Azərbaycana AB-yə inteqrasiyaya ümid etməməyi məsləhət görüblər: “Avropa Birliyinə inteqrasiyanın yaxın minilliklər ərzində baş verəcəyinə ümid bəsləmək tezdir. Avropa Birliyində hələ Türkiyəyə yer yoxdursa, Cənubi Qafqaz ölkələrinin buna ümid etməsi çox tezdir”. Dağlıq Qarabağ münaqişəsinə toxunan ekspertlər Rusiyanın bu məsələdə ABŞ və Fransa ilə həmrəy olduğunu və Cənubi Qafqazda sabitlik istədiyini söyləyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR