Bank Of Baku

Sərdar Cəlaloğlu: “Biz problemləri iqtidarla birlikdə həll etməyə üstünlük verəcəyik”

Sərdar Cəlaloğlu: “Biz problemləri iqtidarla birlikdə həll etməyə üstünlük verəcəyik”
# 29 may 2007 09:55 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Onun sözlərinə görə, 300 qurultay nümayəndəsindən 282 nəfərinin iştirak etdiyi qurultayda ciddi qərarlar qəbul edilib. S. Cəlaloğlu ADP-nin bu ilin yanvarın 27-də konstruktivizm və siyasi dialoqla bağlı qəbul olunmuş qərarı rəsmiləşdirdiyini qeyd edib. Onun sözlərinə görə, bu, Azərbaycan siyasətində yeni bir platformanı yaradılmasının əsasını qoyub: “Xalqın qarşısında duran vəzifələrin yerinə yetirilməsi və demokratikləşmə baxımından bu, olduqca önəmli və vacib addım idi. Qurultayda bu qərarın rəsmiləşməsi təsdiq etdi ki, ADP problemlərin həlli strategiyasını sadəcə olaraq bir təbliğat şousu kimi yox, siyasi reallığın qaçılmaz tələbi kimi qəbul edib və bu istiqamətdə də səylərimizi gücləndirəcəyik. Bundan sonra Azərbaycan müxalifətində konstruktiv müxalifətçiliyin siyasi platformaya çevrilməsinə nail olacağıq”. S. Cəlaloğlu hesab edir ki, sağlam müxalifət bu məsələdə onlarla heç bir münaqişəyə girməyəcək, loyal və radikal müxalifət tolerantlıq nümayiş etdirəcək: “Bu yolun yeganə fərqli cəhəti odur ki, burada iqtidarla müəyyən problemlərin həllində birgə səylər göstərməyə meyllər var. Biz problemləri iqtidarla birlikdə həll etməyə üstünlük verəcəyik. Eyni zamanda sərt müxalifət mövqeyində duracağıq və mübarizəmizi davam etdirəcəyik. Azərbaycanda siyasi maarifçilik zəifdir və bir çoxları konstruktivliyi satqınlıq kimi başa düşür”. S. Cəlaloğlu ADP-də baş verən parçalanmanın partiya üçün heç bir problem yaratmadığını, əksinə partiyanın fəaliyyətinin daha da aktivləşdiyini deyib: “Qarşı tərəf məlumatlar yayırdı ki, guya bir neçə təşkilat onları dəstəkləyir. Amma qurultay sübut etdi ki, onların dedikləri həqiqətə uyğun deyil, ADP öz gücünü saxlayır. Bu toplantıda əvvəlki qurultaylardan da ciddi irəliləyiş gördük”. S. Cəlaloğlu qanuna uyğun olaraq yaxın bir ay ərzində qurultay sənədləri hazırlayaraq Ədliyyə Nazirliyinə təqdim edəcəklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR