Bank Of Baku

AXCP-nin rayon təşkilatları qurultaya hazırlıqla bağlı konfranslara başlayıb

AXCP-nin rayon təşkilatları qurultaya hazırlıqla bağlı konfranslara başlayıb
# 29 may 2007 10:19 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rayon təşkilatları qurultaya hazırlıqla bağlı konfranslar keçirməyə başlayıb. Bu barədə APA-ya AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, konfransların yay aylarında keçirilməsi və sentyabra kimi başa çatdırılması nəzərdə tutulub. O, qurultayın oktyabrda keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. H. Kərimovun sözlərinə görə, konfranslarda rayon təşkilatlarının yeni rəhbərliyi formalaşacaq, sədr və Məclis üzvləri seçiləcək, qurultay nümayəndələri təyin olunacaq. O, 700-dən artıq qurultay nümayəndəsinin seçiləcəyini bildirib: “AXCP-nin qurultayına nümayəndələr üzvlərin sayı əsasında seçilir. Buna görə də biz kifayət qədər çox nümayəndənin olacağını güman edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR