Bank Of Baku

ASDP 2008-ci il prezident seçkiləri ərəfəsində növbəti qurultayını keçirəcək

ASDP 2008-ci il prezident seçkiləri ərəfəsində növbəti qurultayını keçirəcək
# 29 may 2007 11:27 (UTC +04:00)
Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) 2008-ci il prezident seçkiləri ərəfəsində növbəti qurultayını keçirəcək. Bu barədə APA-ya partiyanın həmsədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, bu ilin sonundan qurultay hazırlıqları başlayacaq. A. Əlizadə qurultayda partiyanın strukturlarında ciddi dəyişikliklərin nəzərdə tutulmadığını və digər partiyalarda olduğu kimi, liderlik institutunun təsis olunmayacağını bildirib: “Biz həmsədrlik institutunu saxlamaq niyyətindəyik. Növbəti mərhələdə də Ayaz Mütəllibov və mən həmsədr olaraq fəaliyyət göstərmək fikrindəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR