Bank Of Baku

Etibar Məmmədov: “Müxalifətin yeni alyansının yaranması prosesində iştirak etmirəm”

Etibar Məmmədov: “Müxalifətin yeni alyansının yaranması prosesində iştirak etmirəm”
# 29 may 2007 11:31 (UTC +04:00)
“Mən müxalifətin yeni alyansının yaranması prosesində iştirak etmirəm. Yanlış olaraq mətbuata bu prosesdə mənim nümayəndəmin iştirak etməsi ilə bağlı məlumat verilib”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov verib. Onun sözlərinə görə, yeni alyansın yaranması prosesində iştirak edən AMİP-in katibi yalnız partiyanı təmsil edir: “Mən partiyanın lideri olaraq bu prosesdə iştirak etmirəm və gələcəkdə də bu nəzərdə tutulmur. AMİP isə bu alyansda iştirak edir, onun sədri, rəsmi strukturları var”. Alyansda təmsil olunan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə isə qurumun yaranması ilə bağlı danışıqlarda iştirak etsə də, son proseslərdən xəbərsiz olduğunu bildirib: “Biz hələlik danışıqları davam etdirəcəyik. Ona görə də indidən nəticə ilə bağlı danışmaq tezdir”. Azərbaycan Naminə İctimai Forumun Prezidenti Eldar Namazov da bir neçə gün Azərbaycanda olmadığı üçün son proseslərdən xəbərsiz olduğunu deyib. ADP sədri Sərdar Cəlaloğlu isə partiyanın qurultayı ilə əlaqədar olaraq yeni alyansın yaranması prosesində yaxından iştirak edə bilmədiyini deyib: “Biz məsləhətləşmələri davam etdirəcəyik. Bəzi partiyaların alyansda təmsil olunmaqdan imtina etməsinə baxmayaraq, biz müxalifətin ümumi alyansının yaranmasına nail olacağıq. Bu həftə ərzində biz yenidən bir araya gəlib müzakirələr aparmaq fikrindəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR