Bank Of Baku

İKT-nin adının dəyişdirilməsi məsələsinə Seneqal sammitində baxılacaq

İKT-nin adının dəyişdirilməsi məsələsinə Seneqal sammitində baxılacaq
# 29 may 2007 11:47 (UTC +04:00)
İslam Konfransı Təşkilatının (İKT) adının dəyişdirilməsi məsələsi qurumun Seneqalda keçiriləcək sammitində müzakirə ediləcək. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Vaqif Sadıxov məlumat verib. O bildirib ki, hələ 1972-ci ildə təşkilatın adının müasir dövrə uyğunlaşdırılması qərara alınıb. 2005-ci ildə bu məsələ yenidən qaldırılıb. Üzv ölkələrin xarici işlər nazirlərinin 15-17 may tarixlərində İslamabadda keçirilən iclasında bu məsələ bir daha müzakirə edilib, ancaq vaxt azlığı ucbatından qərar qəbul etmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR