Bank Of Baku

Bakıda İKT ölkələri təhsil və texnologiyalar nazirlərinin görüşü keçiriləcək

Bakıda İKT ölkələri təhsil və texnologiyalar nazirlərinin görüşü keçiriləcək
# 29 may 2007 15:14 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında xarici işlər nazirinin müavini Vaqif Sadıxov deyib. V. Sadıxov İKT Xarici İşlər Nazirləri Şurasının 15-17 may tarixlərində İslamabadda keçirilən 34-cü sessiyası haqqında da ətraflı məlumat verib. O bildirib ki, sessiyanın gedişində Azərbaycanla bağlı 3 qətnamə qəbul edilib. Birinci qətnamə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalının pislənilməsi, ikinci qətnamə Azərbaycanın tarixi və dini abidələrinin dağıdılması, üçüncü qətnamə isə Azərbaycana humanitar-texniki kömək göstərilməsi ilə bağlıdır. V. Sadıxovun sözlərinə görə, Azərbaycan İKT-yə üzv olduqdan bəri təşkilat Dağlıq Qarabağ məsələsində hər zaman Bakının mövqeyini dəstəkləyib.
Xatırladaq ki, İKT 1969-cu ildə yaradılıb, Azərbaycan isə 1993-cü ildə bu quruma üzv olub. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR