Bank Of Baku

Halvdan Skard: “Azərbaycanın yerli hakimiyyətlər assosiasiyaların fəaliyyəti ilə bağlı payızda görüş keçiriləcək”

Halvdan Skard: “Azərbaycanın yerli hakimiyyətlər assosiasiyaların fəaliyyəti ilə bağlı payızda görüş keçiriləcək”
# 29 may 2007 12:36 (UTC +04:00)
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsi ilə keçən ilin dekabrında Azərbaycanda yaradılmış şəhər, qəsəbə və kənd assosiasiyalarının fəaliyyəti ilə bağlı payızda görüş keçiriləcək. APA-nın Strasburqa ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Azərbaycan jurnalistləri ilə görüşən Konqresin prezidenti Halvdan Skard məlumat verib. O bildirib ki, bələdiyyələrin öz istəyi Azərbaycanda 3 assosiasiyanın yaradılıb və Konqres buna etiraz etməyib. Konqres prezidentinin sözlərinə görə, digər ölkələrdə də birdən artıq assosiasiyanın mövcud olması faktı mövcuddur. Sabah başlanacaq Konqresin sessiyasının gündəliyindən danışan Skard gündəlikdə yerli hakimiyyətlərin iqlimin dəyişməsi ilə bağlı hansı səlahiyyətlərə malik olması, regionlarda əhalinin səhiyyə xidmətindən neçə istifadə etməsi, Makedoniyada Konqresin tövsiyələrinin yerinə yetirilməsi və s. məsələlər müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR