Bank Of Baku

Avropa Şurası yeni üzvlərinin götürdüyü öhdəliklərə dair hesabatlar üçün çərçivə müəyyən edəcək

Avropa Şurası yeni üzvlərinin götürdüyü öhdəliklərə dair hesabatlar üçün çərçivə müəyyən edəcək
# 29 may 2007 13:18 (UTC +04:00)
Avropa Şurası (AŞ) yeni qəbul etdiyi üzvlərin yerli demokratiya ilə bağlı qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı quruma qəbul olduqları tarixdən 6 ay sonra hesabat vermələri barədə qayda tətbiq etmək istəyir. APA-nın Strasburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri açıqlamanı Strasburqda Azərbaycan jurnalistləri ilə görüşən AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin mətbuat üzrə müşaviri Dmitri Marçenkov söyləyib. Onun sözlərinə görə, bu günə kimi belə çərçivə mövcud deyildi. Avropa Şurasının yerli demokratiyanın inkişafı ilə bağlı tövsiyələrinin Azərbaycan tərəfindən yerinə yetirilməsi ilə bağlı hesabat Konqresin keçən il keçirilən plenar iclasında Azərbaycanın ədliyyə naziri tərəfindən verilib. Azərbaycanda bələdiyyələrlə bağlı bir yox, üç assosiasiyanın yaradılmasına münasibət bildirən Marçenkov deyib ki, qurum bir assosiasiyanın yaradılmasına üstünlük verir, amma Azərbaycanın seçiminə də hörmətlə yanaşır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR