Bank Of Baku

Müsavat Partiyasının mitinqləri davam etdirib-etdirməyəcəyi bəlli deyil

Müsavat Partiyasının mitinqləri davam etdirib-etdirməyəcəyi bəlli deyil
# 29 may 2007 13:19 (UTC +04:00)
Müsavat Partiyasının mitinqləri davam etdirib-etdirməyəcəyi hələlik bəlli deyil. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, mayın 27-nə təyin olunmuş yürüş-mitinq təxirə salındıqdan sonra Müsavat Divanının iclası keçirilmədiyi üçün növbəti mitinqlə bağlı hər hansı qərar yoxdur. Buna baxmayaraq, partiya təmsilçisi jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqdə Müsavatın fəal iştirak edəcəyini bildirib. Bu məqsədlə bu gün partiyanın Bakı şəhəri və ərazisi işğal olunmuş rayon təşkilatlarının rəhbərlərinin iştirakı ilə partiya qərargahında müşavirə keçirilib. Müşavirədə qəzet redaktorları da iştirak edib. Aksiya ilə bağlı rayon təşkilatlarına müvafiq tapşırıqlar verilib. Partiyanın növbəti mitinqi ilə bağlı müzakirənin olmadığını deyən A. Hacılı yay aylarında aksiyaların davam edib-etməyəcəyi ilə də bağlı konkret fikir bildirməyib: “Çünki mitinqlərin yayda davam edib-etməməsi ilə bağlı konkret qərar yoxdur. Partiyanın yayda tətilə çıxacağını da gözləmirəm. Çünki Müsavat adətən tətilə çıxmır. Ola bilər ki, bu il də çıxmasın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR