Bank Of Baku

Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyasının 28-ci plenar iclasında iştirak edəcək

Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyasının 28-ci plenar iclasında iştirak edəcək
# 29 may 2007 13:19 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti mayın 30-dan iyulun 1-nə kimi Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaq. APA-nın məlumatına görə, bu gün brifinq keçirən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Məhərrəmov bildirib ki, səfərdə məqsəd MDB Parlamentlərarası Assambleyasının 28-ci plenar iclasında iştirak etməkdir. İclasda O. Əsədovun çıxışı və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub. Onun ayrı-ayrı ölkələrin parlament rəhbərləri və Avropa Şurası Parlament Assambleyasının sədri Rene Van Der Lindenlə görüşü planlaşdırılıb. İkitərəfli görüşlər çərçivəsində Ermənistan nümayəndələri ilə görüş nəzərdə tutulmayıb. A. Məhərrəmov nümayəndə heyətinin keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ problemi ilə bağlı məsələ qaldıracağını da qeyd edib. Səfər çərçivəsində “Mədəniyyətlərarası və dinlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirilməsi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR