Bank Of Baku

Sorğu: Gürcüstanın dostları sırasında ilk iki yeri Azərbaycan və Ukrayna tutur

Sorğu: Gürcüstanın dostları sırasında ilk iki yeri Azərbaycan və Ukrayna tutur
# 29 may 2007 13:20 (UTC +04:00)
Gürcüstan vətəndaşları ölkənin dostları siyahısında ilk iki yeri Azərbaycan və Ukraynaya veriblər. “Georgian konsaltinq group” konsaltinq mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 12 faizi Azərbaycan və Ukraynanın ölkənin ən yaxın dostları adlandırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu siyahıda sonrakı yerləri ABŞ (10%), Estoniya (10%), Türkiyə (8%), Almaniya (6%), Polşa (3%), Qazaxıstan (3%), Türkmənistan (2%) tutur. Gürcülərin yalnız 4 faizi Ermənistanı dost ölkə adlandırıb. Digər ölkələr isə sorğu zamanı 2 faizdən az səs toplayıblar. Ümumilikdə gürcülər 50 dövləti dost ölkə hesab edir. Respondentlərin cəmi bir faizi Rusiyanı dost ölkə kimi qeyd edib. Sorğuya qatılanların 56 faizi Rusiyanı düşmən dövlət adlandırıb, 31 faiz isə hesab edir ki, Gürcüstana düşmən olan ölkə yoxdur. Sorğuda ümumilikdə 1123 respondent iştirak edib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR