Bank Of Baku

Namiq Abbasov: “Dağlıq Qarabağ müharibə bahasına da olsa, əvvəl-axır əsl sahibinə qayıdacaq”

Namiq Abbasov: “Dağlıq Qarabağ müharibə bahasına da olsa, əvvəl-axır əsl sahibinə qayıdacaq”
# 29 may 2007 14:12 (UTC +04:00)
“Dağlıq Qarabağ müharibə bahasına da olsa, əvvəl-axır əsl sahibinə qayıdacaq”. APA-nın Orta Asiya bürosunun xəbərinə görə, bu sözləri Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov 28 may Respublika Günü münasibətilə səfirliyin Daşkənddə təşkil etdiyi rəsmi qəbulda deyib. Ermənistanı etnik təmizləmə və dövlət terroru siyasəti aparmaqda ittiham edən N. Abbasov münaqişənin həllində müharibə variantının ilk dəfə bu qədər ciddi şəkildə gündəmə gəldiyini bildirib: “Torpaqlarımız uğrunda on minlərlə şəhid vermişik. Lazım gəlsə, Azərbaycan xalqı yenə on minlərlə şəhid verməyə hazırdır”. Səfirin sözlərinə görə, siyasi və iqtisadi sabitliyə nail olaraq gündən-günə güclənən Azərbaycanın erməni işğalı ilə bağlı səbri tükənmək üzrədir. N. Abbasov Azərbaycanın işğala və bariz haqsızlığa məruz qaldığını, ancaq dünya ictimaiyyətinin “ikili standart” yeridərək buna lazımi reaksiya vermədiyini söyləyib.
Tədbirdə Özbəkistan baş nazirinin müavini Ergeş Şahismetov, xarici işlər nazirinin müavini İlham Nemətov, Türkiyə səfiri Kamal Asya və digər rəsmi şəxslər iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR