Bank Of Baku

“Gürcüstanın regionlarında kompakt məskunlaşan azərbaycanlıların vətəndaş cəmiyyəti yaratması sahəsindəki işi” mövzusunda mətbuat konfransı keçirilib

“Gürcüstanın regionlarında kompakt məskunlaşan azərbaycanlıların vətəndaş cəmiyyəti yaratması sahəsindəki işi” mövzusunda mətbuat konfransı keçirilib
# 29 may 2007 14:13 (UTC +04:00)
“Tolerans” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyi “Gürcüstanın regionlarında kompakt məskunlaşan azərbaycanlıların vətəndaş cəmiyyəti yaratması sahəsindəki işi” mövzusunda mətbuat konfransı keçirib. “Tolerans” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Aslan İsmayılov bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar dövlət müstəqilliyinin saxlanmasında xüsusi rol oynasa da, bu ölkənin hökuməti azərbaycanlıların qarşılaşdığı problemləri aradan qaldırmaq niyyətində deyil. O, Gürcüstan hökumətinin sözdə azərbaycanlıların yanında olmasına da diqqəti çəkib: “Azərbaycan Gürcüstanın ən ağır vaxtlarında bu dövlətin yanında olub və qarşılaşdığı iqtisadi çətinliklərin aradan qaldırılmasında ona dəstək verib. Bu gün də belədir. Bunun müqabilində isə orada yaşayan azərbaycanlılara və Azərbaycana olan münasibət qeyri-səmimidir. Gürcüstan hökuməti həmişə ölkəsində fəaliyyət göstərən QHT-lərdən istifadə edərək, Azərbaycan dövləti ilə alver edir. Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilişi zamanı da bu belə olub, David Qareci kilsəsi ilə bağlı yaranan məsələdə də belədir”. A.İsmayılov Gürcüstan hökumətinə erməni təsirinin olduğunu da söyləyib: “Azərbaycanlıların dövlət qeydiyyatından keçən bir neçə ictimai qurumu olsa da, ermənilərin təsis etdiyi və dövlət qurumları ilə sıx işləyən, külli miqdarda qrant alan 92 QHT-si var”. A. İsmayılov Azərbaycan QHT-lərini Gürcüstanda yaşayan azərbaycanlıların və dövlətin bu ölkə ilə bağlı maraqlarını dəstəkləməyə çağırıb: “Gürcüstanda yaşayan azərbaycanlıların problemi Azərbaycan hökuməti tərəfindən həll edilə bilməz. Bu, dövlətlərarası problem yarada bilər. Bu səbəbdən QHT-lərin təşəbbüsü ilə Azərbaycan cəmiyyəti bununla əlaqədar fəallığı artırılmalıdır. Əks təqdirdə, problem daha ciddi şəkil alacaq”. A. İsmayılov Gürcüstanda “Tolerans” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyinin təşəbbüsü ilə QHT yaradılacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR