Bank Of Baku

“BP-Azerbaijan”ın prezidenti Bill Şreyder: “BP Azərbaycanda baş verən siyasi hadisələrdə iştirak etməyib”

“BP-Azerbaijan”ın prezidenti Bill Şreyder: “BP Azərbaycanda baş verən siyasi hadisələrdə iştirak etməyib”
# 29 may 2007 14:19 (UTC +04:00)
“BP şirkəti siyasi təşkilat deyil və fəaliyyət göstərdiyi dövlətlərin qanunları çərçivəsində işləyir”. APA-nın məlumatına görə, bu açıqlamanı “BP-Azerbaijan”ın prezidenti Bill Şreyder verib. Təmsil etdiyi qurumun Azərbaycandakı keçmiş nümayəndəsi Les Abrahamsın “London Daily Mail” qəzetinə müsahibəsində Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin devrilməsində BP-nin iştirakı ilə bağlı dediklərinə münasibət bildirən B. Şreyderin sözlərinə görə, BP Azərbaycanda baş verən hər hansı siyasi hadisələrdə iştirak etməyib, həmin yazı uydurma və fantaziyadır. Azərbaycan hökumətinə 30 milyon dollar rüşvət verilməsi iddiasına gəlincə, B. Şreyder bildirib ki, şirkətin heç vaxt rüşvət vermək fikri olmayıb, Azərbaycan hökumətinə ödənilən vəsaitlər isə hasilatın pay bölgüsü sazişinə əsasən verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR