Bank Of Baku

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi: “Azərbaycanın siyasi hakimiyyəti hazırda Bakı merinin seçki yolu ilə seçilməsinə hazır deyil”

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi: “Azərbaycanın siyasi hakimiyyəti hazırda Bakı merinin seçki yolu ilə seçilməsinə hazır deyil”
# 29 may 2007 15:45 (UTC +04:00)
“Azərbaycanın siyasi hakimiyyəti hazırda Bakı merinin seçki yolu ilə seçilməsinə hazır deyil”. APA-nın xəbərinə görə, bunu Strasburqda Azərbaycan jurnalistləri ilə görüşündə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin baş katibi Ulrix Boner deyib. O bildirib ki, Azərbaycan Yerli Özünüidarəetmə Xartiyasına qoşularkən Konqres Bakıya 2 tövsiyə verib. Tövsiyələrdən biri Bakı merinin seçki yolu ilə seçilməsi, digəri isə bələdiyyələr assosiasiyasının yaradılması ilə bağlı olub. İkinci tövsiyəyə əməl olunub və keçən ilin sonunda 3 assosiasiya şəhər, qəsəbə və kənd assosiasiyaları yaradılıb. U. Bonerin sözlərinə görə, Azərbaycanla eyni vaxtda Avropa Şurasına qəbul olunmuş Ermənistan və Gürcüstan şəhər rəhbərlərinin seçilməsinə dair tövsiyələrə əməl ediblər. Belə ki, Tiflis meri artıq seçki yolu ilə seçilir, Ermənistan Konstitusiyasına isə bununla bağlı müvafiq dəyişiklik edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR