Bank Of Baku

Bakıda GUAM üzvü olan ölkələrin müxalifət partiyaları Koordinasiya Şurasının toplantısı keçiriləcək

Bakıda GUAM üzvü olan ölkələrin müxalifət partiyaları Koordinasiya Şurasının toplantısı keçiriləcək
# 29 may 2007 16:06 (UTC +04:00)
İyunun 22-də Bakıda GUAM-a üzv ölkələrdə müxalifətdə olan siyasi təşkilatların Koordinasiya Şurasının toplantısı keçiriləcək. Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AYSH-nin təşəbbüsü ilə keçiriləcək toplantıda GUAM-a üzv dövlətlərdə münaqişələrin həlli yolları və regiondakı ictimai-siyasi vəziyyət müzakirə mövzusu olacaq. Qarabağ münaqişəsinin də müzakirə ediləcəyi konfransda problemlərin həlli yolları araşdırılacaq. Tədbirə Gürcüstandan Ədalət, Ukraynadan Sosial Tərəqqi partiyaları, Moldovadan Vətən və Bərabərlik İttifaqı, Azərbaycandan isə AYSH qatılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR