Bank Of Baku

Konqresmen Dan Barton: “Azərbaycan Amerikanın terrorla müharibəsinə şərtsiz dəstək verən ilk dövlətlərdən biridir”

Konqresmen Dan Barton: “Azərbaycan Amerikanın terrorla müharibəsinə şərtsiz dəstək verən ilk dövlətlərdən biridir”
# 30 may 2007 09:16 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycan Dostluq Qrupunun üzvü Dan Barton Konqresdə çıxışı zamanı Azərbaycan Demokratik Respublikasının 1918-1920-ci illərdə əldə etdi nailiyyətlərdən danışıb. O, ADR-in müasir dövlətin qurulması, təhsil və iqtisadiyyat sahəsində mühüm addımlar atdığını bildirib. Konqresmen Azərbaycanın dünyanın ilk demokratik müsəlman dövləti olduğunu xatırladıb və bildirib ki, bu ölkədə qadınlara səsvermə hüququ ABŞ-dan bir il əvvəl - 1919-cu ildə verilib. Rəsmi Bakının son illər ABŞ-la qurduğu münasibətləri xüsusi vurğulayan konqresmen Barton deyib ki, Azərbaycan müsəlman və qeyri-müsəlman dövlətləri arasında, Amerikanın terrorla müharibəsinə şərtsiz dəstək verən ilk dövlətlərdən biridir. “Azərbaycan Əfqanıstanda aparılan əməliyyatlar zamanı öz hava məkanını və hava limanlarını koalisiya qüvvələrinin ixtiyarına verib. Azərbaycanlı əsgərlər beynəlxalq koalisiya qüvvələrinin tərkibində Kabildə cəsarətlə xidmət edir”. Dan Burton rəsmi Bakının İraq əməliyyatına dəstək verən ilk müsəlman dövləti olduğunu və regional əməkdaşlıq, GUAM çərçivəsində mühüm rol oynadığını bildirib. Konqresdə çıxış edən digər konqresmen, Florida təmsilçisi Vexler Azərbaycanın Qərbin enerji təminatında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Bakı-Tiflis-Ceyhan layihəsini həm Bill Klinton, həm də Corc Buş administrasiyaları yaxından dəstəkləyib: “Düz bir il bundan əvvəl, 2006-cı il mayın 28-də Azərbaycan nefti Aralıq dənizinə çatıb. Bu ilin mart ayında isə Vaşinqtonda Azərbaycanla enerji sahəsində birgə Anlaşma Memorandumu imzalanıb. Bu memorandum iki xalq arasında əməkdaşlığın səviyyəsini artırıb və Xəzər dənizi regionunda təhlükəsizliklə bağlı daha da geniş dialoqa yol açıb”. Nyu-York ştatından konqresmen Peter Kinq regionun çətin geosiyasi vəziyyətini nəzərə alaraq Azərbaycanın Qərb yönümlü siyasətə sadiq qaldığı üçün alqışlara layiq olduğunu bildirib. Konqresmenin sözlərinə görə son on ildə Azərbaycan qlobal iqtisadiyyat sisteminə inteqrasiya etmək üçün onlarla qanuni və normativ aktlar qəbul edib, öz iqtisadiyyatını diversifikasiya etməyə çalışıb. Cənubi Karolina ştatından konqresmen Joe Vilson isə azərbaycanlıların 28 May - Respublika Gününü Bundestaqdan tutmuş ABŞ Konqresinə kimi bütün dünyada qeyd edildiyini deyib. O, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı icmalarının 28 may Respublika Günü bayramına xüsusi ehtiramla yanaşdıqlarını bildirib: “Buna misal olaraq Amerikanın Şərq bölgəsində fəaliyyət göstərən Amerika Azərbaycan Cəmiyyətini qeyd etmək istərdim. Eyni zamanda iki ölkə arasında münasibətlərin daha da istiləşməsində Azərbaycan səfiri Yaşar Əliyev də mühüm rol oynayır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR