Bank Of Baku

Partiyalar forumların keçirilməsi ilə bağlı işçi qrup yaradır

Partiyalar forumların keçirilməsi ilə bağlı işçi qrup yaradır
# 30 may 2007 09:23 (UTC +04:00)
Milli forumların keçirilməsi üçün siyasi partiyaların nümayəndələrindən ibarət işçi qrup yaradılacaq. Açıq Cəmiyyət Partiyası (ACP) sədrinin müavini Yaqub Abbasovun APA-ya verdiyi məlumata görə, hazırda qrupun formalaşdırılması prosesi gedir. O, hər ay milli problemlərə həsr olunmsuş forumların keçirilməsinə qərar verildiyini və bunun partiya liderləri tərəfindən dəstəkləndiyini bildirib. Y. Abbasov yaradılacaq işçi qrupun forumların təşkili ilə məşğul olacağını deyib. Növbəti forumun iyunun sonlarında keçirilməsi nəzərdə tutulub. Y. Abbasov hələlik bu forumun mövzusunun müəyyənləşmədiyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR