Bank Of Baku

28 may Respublika Günü münasibətilə Nyu-Yorkda keçirilən tədbirə BMT-də akkreditə olunmuş 200-dək səfir qatılıb

28 may  Respublika Günü münasibətilə Nyu-Yorkda keçirilən tədbirə BMT-də akkreditə olunmuş 200-dək səfir qatılıb
# 30 may 2007 10:14 (UTC +04:00)
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatında nümayəndəliyində 28 may Respublika Günü münasibətilə tədbir keçirilib. Bu barədə APA-nın ABŞ bürosuna Azərbaycanın BMT-də daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev məlumat verib. Tədbirə BMT baş katibinin müavinləri, Nyu-York şəhər meriyasının yüksək səviyyəli məmurları, yəhudi, türk və azərbaycanlı icmalarının nümayəndələri və BMT-də akkreditə olunmuş 200-ə yaxın səfir iştirak edib. 28 may - Respublika Günü münasibəti ilə daha bir tədbir Texas ştatının Hyuston şəhərində Hyuston Azərbaycanlıları Cəmiyyəti tərəfindən təşkil olunub. Cəmiyyətin vitse-prezidenti Kamran Zahidin APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, tədbirə qatılan çoxlu sayda soydaşlarımız ilə yanaşı MDB ölkələrinin şəhərdə akkreditə olunmuş konsulları və Türkiyə diasporunun üzvləri də bayram mərasimində iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR