Bank Of Baku

Strasburqun Purtales qəsrində Azərbaycanın Respublika Günü qeyd olunub

Strasburqun Purtales qəsrində Azərbaycanın Respublika Günü qeyd olunub
# 30 may 2007 10:40 (UTC +04:00)
Mayın 29-da Fransanın Strasburq şəhərindəki XIX əsrdə tikilmiş Purtales qəsrində Azərbaycanın Respublika Günü qeyd olunub. APA-nın Strasburqa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyinin təşkil etdiyi qəbulda AŞ-nin baş katibi Terri Devis, AŞ Venesiya Komissiyasının sədri Canni Bukikkio, Strasburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hazırda Strasburqda ezamiyyətdə olan Azərbaycan rəsmiləri və şəhərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Azərbaycanın AŞ-dəki daimi nümayəndəsi Arif Məmmədov qonaqlara 28 May - Respublika Günü barədə məlumat verib, Azərbaycanın bu günü barədə danışıb. Bir neçə müsabiqələrin qalibi, 10 yaşlı skripkaçı Elvin Qəniyevin ifası qonaqları valeh edib. Azyaşlı musiqiçi Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin iki əsərini, Corc Bizenin “Karmen” operası əsasında fantaziya və digər əsərləri ifa edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR