Bank Of Baku

Hökumət Evində Heydər Əliyevin büstünün açılışı olub

Hökumət Evində Heydər Əliyevin büstünün açılışı olub
# 30 may 2007 10:58 (UTC +04:00)
Bu gün Hökumət Evində Heydər Əliyevin büstünün açılışı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev H. Əliyevin müasir Azərbaycan dövlətçiliyi üçün gördüyü işlərdən danışıb. Baş nazirin müavini Abid Şərifov qeyd edib ki, 90-cı illərin əvvəli yenicə müstəqillik əldə etmiş Azərbaycanın həyatında son dərəcə təlatümlü sınaq dövrü kimi yadda qalıb. Bu illər ərzində Azərbaycan dövlətçiliyinin üzləşdiyi problemlər və onun həllində Heydər Əliyev tarixi rol oynayıb. Kənd təsərrüfatı naziri İsmət Abbasov, səhiyyə naziri Oqtay Şirəliyev, yanacaq və energetika naziri Natiq Əliyev, ombudsman Elmira Süleymanova H. Əliyevin hakimiyyətə qayıdışı ilə xalqımızın milli şüurunda böyük oyanış baş verdiyini deyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR