Bank Of Baku

Nyu-Yorkda Respublika Günü münasibətilə tədbirlər keçirilib

Nyu-Yorkda Respublika Günü münasibətilə tədbirlər keçirilib
# 30 may 2007 11:09 (UTC +04:00)
28 May - Respublika Günü münasibətilə Nyu-Yorkda silsilə bayram tədbirləri keçirilib. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, mayın 28-də Azərbaycan Nyu-York Assosiasiyası tərəfindən şəhərin Bruklin mərkəzi parkında əyləncəli mərasim təşkil olunub. Mərasimdə Azərbaycanın BMT-dəki nümayəndəliyinin əməkdaşları, Azərbaycan, türk diasporası və yəhudi təşkilatlarının nümayəndələri iştirak ediblər. Mayın 29-də daimi nümayəndəlik tərəfindən bayram münasibətilə rəsmi ziyafət verilib. Ziyafətə diplomatik korpusun, BMT katibliyinin və Nyu-York şəhərinin yüksək vəzifəli rəsmiləri, eləcə də Azərbaycan diasporasının təmsilçiləri qatılıblar. Hər iki mərasimdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev çıxış edərək 28 May bayramının tarixi, 1918-ci ildə bütün Şərqdə ilk demokratik respublikanın yaradılması, 1991-ci ildə müstəqilliyini bərpa etmiş müasir Azərbaycanın nailiyyətləri haqqında ətraflı məlumat verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR