Bank Of Baku

Almaniyanın Maynz şəhəri ilə qardaşlaşmış şəhərlərin emblemləri vurulmuş lövhədə 23 il əvvəl bu şəhərlə qardaşlaşan Bakının emblemi yoxdur

Almaniyanın Maynz şəhəri ilə qardaşlaşmış şəhərlərin emblemləri vurulmuş lövhədə 23 il əvvəl bu şəhərlə qardaşlaşan Bakının emblemi yoxdur
# 30 may 2007 11:32 (UTC +04:00)
1984-cü ildə Bakı ilə qardaşlaşan Maynz şəhərində Azərbaycan paytaxtının emblemi hələ də yoxdur. Xüsusi lövhədə Maynzla qardaşlaşan şəhərlərin hər birinin emblemi olsa da, neçə illərdir ki, Bakının embleminin yeri boş qalıb. Bu məlumatı APA-ya Almaniya Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yusif Abulov verib. Onun sözlərinə görə, Reyn çayının üzərində olan, Hessen əyalətinin mərkəzi Wiesbaden şəhərini Rhein-Land Pfalz əyalətinin mərkəzi Maynz şəhəri ilə birləşdirən körpüdən Maynza doğru hərəkət edəndə sağ tərəfdə böyük lövhə var. Həmin lövhədə isə Maynzla qardaşlaşmış şəhərlərin emblemləri vurulub. Lakin lövhənin sağ tərəfindəki boş yer neçə illərdir ki, Bakının emblemini gözləyir: “Belə lövhələr Maynz şəhərinin 3 girişində vurulub. Hər gün bu lövhələrin yanından 300 000 dən artıq maşın keçir. Bu necə illərdə Azərbaycandan Maynza çoxlu sayda nümayəndə gəlsə də, təəssüf ki, Bakının emblemini bu lövhəyə vurulması məsələsini qaldıran olmayıb. Bu məsələ Maynzda yaşayan azərbaycanlıları çox narahat edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR