Bank Of Baku

Dağıstan prezidenti Rusiyanın Azərbaycan və Gürcüstanla sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyasının sədri ilə görüşüb

Dağıstan prezidenti Rusiyanın Azərbaycan və Gürcüstanla sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyasının sədri ilə görüşüb
# 30 may 2007 11:58 (UTC +04:00)
Dağıstan Respublikasının prezidenti Muxu Əliyev Mahaçqalada Rusiyanın Azərbaycan və Gürcüstanla sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyasının sədri Aleksandr Yakovenko ilə görüşüb. Rusiya Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, A. Yakovenko başçılıq etdiyi komissiyanın işi haqqında M. Əliyevə məlumat verib. O, komissiyanın fəaliyyətinin sona çatmaqda olduğunu bildirib. M. Əliyev isə Dağıstanla Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin olduğunu və delimitasiya prosesinin tezliklə yekunlaşmasının iki xalq arasındakı dostluq əlaqələrinin inkişafına xidmət edəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR