Bank Of Baku

Açıq Cəmiyyət Partiyası bir sıra partiyalarla ikitərəfli əməkdaşlıq sazişi bağlayacaq

Açıq Cəmiyyət Partiyası bir sıra partiyalarla ikitərəfli əməkdaşlıq sazişi bağlayacaq
# 30 may 2007 11:59 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) iyundan başlayaraq bir sıra partiyalarla ikitərəfli əməkdaşlıq sazişi bağlayacaq. Partiya sədrinin müavini Yaqub Abbasovun APA-ya verdiyi məlumata görə, artıq bir sıra partiyalarla razılıq əldə edilib. Bağlanacaq sazişlərin şərtləri ilə bağlı yalnız Milli Birlik Hərəkatının lideri Lalə Şövkətlə və VHP sədri Sabir Rüstəmxanlı ilə tam razılıq əldə edildiyini deyən Y. Abbasov digər partiyalarla da saziş layihələrinin müzakirə ediləcəyini bildirib. Y. Abbasov ACP-nin bloklara qoşulmayacağını da qeyd edib. Onun sözlərinə görə, yalnız bütün müxalifət partiyalarının ittifaqı yaransa, o zaman ACP bu ittifaqa qoşula bilər: “Bizim heç bir blokda təmsil olunmaq fikrimiz yoxdur. Ayrı-ayrı bloklar yaratmaq müxalifətin ümumi işinə zərbədir. Bütün partiyalar birləşib vahid ittifaq yaratmırsa, ayrı-ayrılıqda bloklar yaratmaq müxalifətin ziyanınadır. İndiki mərhələdə isə vahid blokdan, vahid namizəddən danışmaq tezdir”. Heç kimi aldatmaq niyyətində olmadıqlarını deyən Y. Abbasov buna görə də yalnız şəffaf şəkildə ikitərəfli əməkdaşlığa üstünlük verəcəklərini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR