Bank Of Baku

Növbəti bələdiyyə seçkilərinə qədər seçki qanunvericiliyinə dəyişiklik edilə bilər

Növbəti bələdiyyə seçkilərinə qədər seçki qanunvericiliyinə dəyişiklik edilə bilər
# 30 may 2007 12:14 (UTC +04:00)
Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərinə qədər seçki qanunvericiliyinə dəyişiklik edilə bilər. APA-nın xəbərinə görə, bunu Strasburqda Azərbaycan jurnalistləri ilə görüşündə Azərbaycanın Kənd Bələdiyyələri Assosiasiyasının sədri Şəmistan Yusifov deyib. O bildirib ki, bələdiyyələrin bir çoxu birləşmək üçün müraciət edib və həmin təkliflər ümumiləşdirilərək müvafiq orqanlara təqdim ediləcək. Assosiasiya sədri hesab edir ki, 300-500 nəfər əhalisi olan bələdiyyə sosial problemlərin həllində çox çətinlik çəkir. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutan qanun layihəsinin birinci oxunuşdan keçdiyini xatırladan Ş. Yusifovun sözlərinə görə, layihəyə əsasən yerlərdə təhsil, səhiyyə, mədəniyyət müəssisələri və su təsərrüfatı bələdiyyələrə verilir. O, hesab edir ki, kiçik bələdiyyələr bu təsərrüfatları idarə etmək iqtidarında olmayacaq, ona görə də həmin bələdiyyələrin birləşməsi zəruridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR