Bank Of Baku

AMİP Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yayılan məlumatlardan narahatdır

AMİP Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yayılan məlumatlardan narahatdır
# 30 may 2007 12:43 (UTC +04:00)
Bu gün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda AMİP-in qurulmasının 15 illiyi ilə bağlı yaradılmış işçi qrupun hazırladığı tədbirlər planı təsdiq olunub. Yubiley münasibətilə partiyadaxili və digər siyasi partiyaların rəhbərlərinin iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bundan başqa, AMİP-in ilk Təşkilat Komitəsində təmsil olunan şəxslərin iştirakı ilə dəyirmi masanın keçirilməsi də planlaşdırılıb. Tədbirlər iyun ayı ərzində keçiriləcək. Siyasi Şuranın yığıncağında Dağlıq Qarabağ probleminin həlli, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi və referendumun keçirilməsi ilə bağlı yayılan məlumatlardan narahatlıq ifadə olunub. AMİP münaqişənin həlli üçün bu variantları məqbul hesab etmir. Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin təşəbbüsü ilə keçirilmiş milli forumda qəbul olunmuş Memoranduma AMİP-in də qoşulmasına qərar verilib. İclasda mətbuata təzyiqlər də müzakirə edilib və bu istiqamətdə media nümayəndələrinin atacağı addımların partiya tərəfindən dəstəklənəcəyi bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR