Bank Of Baku

Küveytin xarici işlər naziri Azərbaycana gələcək

Küveytin xarici işlər naziri Azərbaycana gələcək
# 30 may 2007 13:21 (UTC +04:00)
İyun ayının əvvəlində Küveyt xarici işlər naziri Şeyx Məhəmməd əs-Sabah Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə APA-ya Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev məlumat verib. O bildirib ki, səfər zamanı qonağın prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Ş. Abdullayev Küveytin bir sıra investisiya şirkətlərinin Azərbaycanla danışıqlar apardığını da açıqlayıb. Onun sözlərinə görə, həmin şirkətlərin təmsilçiləri bu məqsədlə periodik olaraq Azərbaycana gəlir. Küveyt iş adamları Azərbaycanda turizm və digər sahələrə sərmayə qoymaq niyyətindədirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR