Bank Of Baku

Azərbaycan ermənilərin işğalçı siyasətinə etiraz olaraq, özünüidarəetmə sahəsində regional əməkdaşlıq barədə çağırışı rədd edib

Azərbaycan ermənilərin işğalçı siyasətinə etiraz olaraq, özünüidarəetmə sahəsində regional əməkdaşlıq barədə çağırışı rədd edib
# 30 may 2007 13:45 (UTC +04:00)
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən sessiyasında çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Emin Yeritsyan bu sahədə Cənubi Qafqazda regional əməkdaşlıq şəbəkəsi qurmağı təklif edib. Erməni həmkarının təklifinə münasibət bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov isə APA-nın Strasburqa ezam olunmuş xüsusi müxbirinə eksklüziv olaraq bildirib ki, bu təklifə münasibət birmənalı mənfidir: “Azərbaycan dövləti Ermənistanla heç bir iş birliyinə qatılmır. Azərbaycanın 920-yə yaxın yaşayış məntəqəsi Ermənistan tərəfindən işğal olunub. Bölgədə transsərhəd və transregional əməkdaşlığın hər cür forması yalnız işğalın nəticələri aradan qaldırıldıqdan sonra mümkün ola bilər”.
Sessiyada iştirak edən Gürcüstandan olan nümayəndə heyətinin üzvü, Gürcüstanın Bələdiyyələr Assosiasiyasının vitse-prezidenti Mamuka Abuladze isə APA-ya eksklüziv açıqlamasında belə bir əməkdaşlığın əslində çox gözəl olacağını bildirsə də, Azərbaycanın bu əməkdaşlığa getməyəcəyini anlayışla qarşılayır. O, Gürcüstanın Ermənistanla bu sahədə ikitərəfli əməkdaşlığını da mümkünsüz hesab edir: “Bunu heç Avropa Şurası da qəbul etməz, çünki Cənubi Qafqaz çox kiçik bir ərazidir və qurum buraya bütöv bir region kimi baxır”.
Ermənilərin təklifinə münasibət bildirən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Regional Hakimiyyətlər Palatasının sədri Yavuz Mildon isə APA-ya deyib ki, bu təklifi qəbul edib-etməmək Azərbaycanın öz işidir. Bununla belə, o, Konqresin istənilən əməkdaşlığı alqışladığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR