Bank Of Baku

Müxalifətin yeni alyansının yaradılması ilə bağlı müzakirələr davam edir

Müxalifətin yeni alyansının yaradılması ilə bağlı müzakirələr davam edir
# 30 may 2007 13:53 (UTC +04:00)
Müxalifət partiyalarının yeni alyansının yaradılması ilə bağlı danışıqlar davam etdiriləcək. Danışıqlarda iştirak edən Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazovun APA-ya verdiyi məlumata görə, alyansın formalaşması ilə bağlı hər gün ayrı-ayrı partiyaların liderləri ilə məsləhətləşmələr aparılır. Sazişin nə vaxt imzalanacağı barədə konkret fikir söyləməyən E. Namazov bildirib ki, bu, danışıqların gedişindən asılıdır: “Sazişin imzalanması yalnız bütün tərəflərin vahid mövqeyə gəlməsindən sonra mümkün olacaq. Hələlik digər partiyaların bu alyansa daxil edilib-edilməməsi ilə bağlı da ümumi qərar yoxdur. Bununla bağlı məsləhətləşmələr aparılacaq. İndiki məqamda konkret nəticələrdən danışmaq tezdir”.
Qeyd edək ki, müxalifət partiyalarının yeni alyansının yaradılması prosesində ADP, Azərbaycan Naminə İctimai Forum, Müsavat Partiyası, Açıq Cəmiyyət Partiyası, AMİP, Tərəqqi Partiyası və ASDP iştirak edir. “Azadlıq” bloku isə bu alyansda təmsil olunmayacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR