Bank Of Baku

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri qadınlara münasibətdə məişət zorakılığına qarşı çıxmağa çağırıb

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri qadınlara münasibətdə məişət zorakılığına qarşı çıxmağa çağırıb
# 30 may 2007 15:48 (UTC +04:00)
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvdan Skard bu gün Konqresin plenar sessiyasının açılışındakı nitqində sessiya iştirakçılarına müraciət edərək, Avropa Şurasının qadınlara münasibətdə məişət zorakılığına qarşı kampaniyasına qoşulmağa dəvət edib. APA-nın Strasburqa ezam edilmiş müxbirinin məlumatına görə H. Skard deyib ki, Konqres ümumilikdə bu kampaniyaya qoşulub və “Avropanın səfərbər olan şəhər və regionları” plakatlarını nəşr edərək yerlərdə yerləşdirib. O, məişət zorakılığına qarşı çıxmanı simvolizə edən ağ lenti yaxasına taxaraq, digərlərini də bu aksiyaya qoşulmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR