Bank Of Baku

Milli Məclisin sədri Oqtay Əsədovun Sankt-Peterburqa işgüzar səfəri başlayıb

Milli Məclisin sədri Oqtay Əsədovun Sankt-Peterburqa işgüzar səfəri başlayıb
# 30 may 2007 16:13 (UTC +04:00)
Bu gün Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Sankt-Peterburqa işgüzar səfəri başlayıb. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı konsulluğundan məlumat verilib. Səfərin məqsədi MDB Parlament Assambleyasının növbəti 28-ci plenar iclasında iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə Milli Məclis Araratının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Regional məsələlər komissiyasının sədri Arif Rəhimzadə, Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov, deputat Rafael Hüseynov daxildir. İyunun 1-dək davam edəcək səfər çərçivəsində Oqtay Əsədovun bir neçə ölkənin parlament sədrləri ilə görüşləri də nəzərdə tutulub. Milli Məclis sədrinin Avropa Şurası Parlament Assambleyasının sədri Rene Van der Lindenlə planlaşdırılan görüşündə ölkəmizlə qurum arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, Azərbaycanın Avropaya inteqrasiyası və digər məsələlər müzakirə olunacaq. Səfər çərçivəsində Ümumavrora əməkdaşlığı məsələlərinə dair beynəlxalq konfransın açılışı da olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR