Bank Of Baku

“Azad İnformasiya Məkanı” mükafatının təqdimat mərasimi keçirilib

“Azad İnformasiya Məkanı” mükafatının təqdimat mərasimi keçirilib
# 30 may 2007 16:21 (UTC +04:00)
Zərdabi Mətbuat Mərkəzi Azərbaycanda ilk mənbədən informasiya almaq sahəsində vəziyyəti və tendensiyaları müəyyənləşdirmək məqsədilə KİV rəhbəri, jurnalistlər və ekspertlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən bir qrup dövlət, iqtisadi və beynəlxalq qurumları “Azad İnformasiya Məkanı” adlı nominasiya ilə mükafatlandırıb. APA-nın məlumatına görə, sorğu nəticəsində dövlət qurumları üzrə 1-ci yer Xarici İşlər Nazirliyinə, 2-ci yer Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, 3-cü yer isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Səhmdar cəmiyyətlər və birgə müəssisələr arasında 1-ci yer “Azercell Telekom” Birgə Müəssisəsinə, 2-ci yer Beynəlxalq Banka, 3-cü yer isə Qaradağ Sement ASC-yə verilib. Beynəlxalq təşkilatlardan ATƏT-in Bakı ofisi, müvafiq olaraq, USAİD və TUSİAB, xarici ölkə səfirliklərindən isə ABŞ-ın Azərbaycandakı səfirliyi, Norveç və Türkiyə səfirlikləri qaliblər sırasında olublar. Yevlax Şəhər İcra Hakimiyyəti və Bakının Səbayel Rayon İcra Hakimiyyəti də mətbuatla sıx əlaqəyə görə mükafatlandırılıblar. QHT-lər üzrə bu nominasiyanın qalibləri Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Koalisiya olublar. “Azad İnformasiya Öncülü” nominasiyası üzrə təsis edilən mükafat isə Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin keçmiş rəhbəri, Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadəyə təqdim olunub. Mərasim incəsənət nümayəndələrinin çıxışları ilə davam etdirilib. Qeyd edək ki, nominasiyaların qalibləri 150 respondent arasında keçirilən sorğu nəticəsində müəyyənləşib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR