Bank Of Baku

“Azadlıq” bloku jurnalistlərin mitinqində iştirakda tərəddüd edir

“Azadlıq” bloku jurnalistlərin mitinqində iştirakda tərəddüd edir
# 30 may 2007 16:25 (UTC +04:00)
“Azadlıq” bloku liderlərinin Redaktorlar Birliyi ilə görüşü planlaşdırılıb. Bu barədə APA-ya blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, görüşdə jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqlə bağlı müzakirələrin aparılması və blokun aksiyada iştirak edib-etməməsi ilə bağlı məsələ müzakirə olunacaq: “Azadlıq” bloku şəhərin kənarına təyin olunmuş aksiyalarda iştirak etməmək qərarı verib. Jurnalistlərin mitinqi də şəhərin kənarına təyin edildiyi üçün bununla bağlı müzakirələr aparmaq və jurnalistlərə dəstəyin formalarını axtarmaq fikrindəyik”. Ə. Əliyev bu həftə müddətində blokun Sədrlər Şurasının iclasının keçiriləcəyini və aksiya ilə bağlı konkret qərarın veriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR